Numan Kurtulmuş baş nazirliyə namizədlər arasında önə çıxır

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazını İstanbulun Eyyub Sultan məscidində qılıb.
Avropa.info xəbər verir ki, məsələnin maraqlı tərəfi isə Ərdoğanı məscidin girişində baş nazirin müavini Numan Kurtulmuşun qarşılaması olub.
Cümə namazından sonra isə Numan Kurtulmuş Ərdoğanla birlikdə prezidentin xidməti avtomobili ilə oradan ayrılıb.
Qeyd edək ki, baş nazir Əhməd Davudoğlunun vəzifədən getdiyini açıqlamasından sonra partiya sədrliyinə namizədlərin arasında Numan Kurtulmuşun da adı hallanır.
Elə buna görə də bəzi şərhçilər Kurtulmuşun Ərdoğanla birlikdə cümə namazını qılıb birlikdə oradan ayrılmasını yeni sədrin Kurtulmuş ola biləcəyinə bir işarə kimi açıqlayıb.