Nüfuzlu qəzet son dəfə nəşr olundu

İngiltərədə nəşr olunan, dünyanın nüfuzlu qəzetlərindən olan “The Independent”in axırıncı tirajı nəşr olunub. ANS PRESS-in məlumatına görə, 1986-cı ildən bəri çıxan məşhur qəzet nəşr həyatına virtual davam edəcək.
Qəzetin son nəşrinin əsas məqaləsində bildirilib ki, nəşrin atdığı bu cəsarətli addıma dair ən düzgün dəyərləndirməni zaman özü edəcək. Həmçinin bu addımın bütün dünya qəzetlərinin izləməli olduğu nümunəvi addım olduğu iddia edilib. 
“Bu gün nəşr dayandı, mürəkkəb qurudu və yaxın günlərdə kağız da qırışmayacaq. Bir dövr başa çatanda yeni bir dövr başlayır və Independent ruhu irəliləməyə davam edəcək.” – deyə məqalədə qeyd edilib.   
Bir vaxtlar gündəlik tirajı 400 mindən çox olan qəzet İngiltərədə kağız nəşri dayandırmağa qərar verən ilk qəzet oldu. Artıq gündəlik tirajı 40 minə qədər azalan nəşrin işçiləri qəzetin bağlanmasını etirazla qarşılayıblar. Qəzetin kağız nəşrinin dayandırılması ilə bir çox işçinin ixtisara düşəcəyi güman olunur.