​NTV rəhbəri tələbə yoldaşının dəvəti ilə Bakıya gəldi — FOTOLAR

 
Rusiyanın “NTV” televiziya kanalının baş direktoru Tamara Qavrilova və Beynəlxalq Slavyan Akademiyasının prezidenti, Rusiya Dövlət Dumasının sabiq sədr müavini Sergey Baburin Azərbaycana səfər ediblər.
 
Ölkə.Az-ın məlumatına görə, sözügedən şəxslər yeni yaradılan Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, professor İlham Rəhimovun dəvəti ilə Bakıya gəliblər.
 
Rusiyalı tanınmış qonaqlar bu gün Bakıda keçirilən Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyanın beynəlxalq iclasında da iştirak edirlər.
 
Qeyd edək ki, Rusiyanın “NTV” televiziya kanalının baş direktoru Tamara Qavrilova İlham Rəhimovun tələbə yoldaşıdır.