Nəsrin Cavadzadə: “Taktikalarla hərəkət edən bir kişiylə münasibətdə ola bilmərəm”

 
Qafqazinfo-ya istinadən Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin “Esquire” jurnalına verdiyi müsahibəsini təqdim edirik:
 
– Günlərinizi necə keçirirsiniz?
 
– 10 ildir ki, eyni idman zalına gedirəm, özümü idmana həsr etmişəm. Hər gün mütləq 50 səhifə kitab oxuyuram, bir saat pişiklərimlə məşğul oluram və vaxtımı özümü həyəcanlandıracaq şeylərə sərf edirəm.
 
– Sosial şəbəkələrdə çox aktivsiz…
 
– Sosial şəbəkələr kinoya çəkilmədiyim dövlərdən qalan bir əyləncəmdir. İnstaqram-da paylaşımlarla özümə sevgili axtardığmı düşünənlər var, bu, məni çox üzür.
 
– Özünüzü asosial biri olaraq təqdim edirsiz. Səbəbi nədir?
 
– Həyatım anam və dostlarımdan (Tacim, Feyyaz, Selin) ibarətdir. Dörd pişiyimi də bu siyahıya aid edə bilərəm. Həyatıma yeni şəxsləri daxil etməkdən çəkinirəm. Əlbəttə, xəyal qırıqlığına düçar olmaqdan qorxuram. Bütün məsələsi özü olan, daha yaxşı bir insan və aktrisa olmağa çalışan biriyəm.
 
– Həyatınızdakı ən əhəmiyyətli şəxs ananızdır?
 
– Anamın gənc yaşda, tamam fərqli bir ölkədəki səyləri mənim gücümün qaynağı oldu. Mən İstanbulun ən çətin məktəblərindən biri olan Şişli Tərəqqi Liseyininin birincisi olmuşam. O, mənə həmişə dəstək olur. Anam atamı, nənənmi, həyatımda olmayan bütün insanların rolunu oynadı.
 
– Nəsrin necə xarakterə sahib bir xanımdır?
 
– Nəsrin bəzi adamların aşiq olduğu qadın olmaq istəmir. Hər kəslə məsafəli davranıram. Mən nə pop ulduz, nə də bir kinonun kraliçasıyam. Heç bir yerə aid olmaq istəmirəm.
 
– Doqquz illik bir münasibətdən sonra tək qalmısız…
 
– Bitmiş bir münasibətin arxasından danışmaq istəmirəm. Ancaq keçmiş sevgilim kinodakı uğurlarıma görə sevindi. Məni olduğum xanım edən tək şey münasibətimdir. Həyatdakı ən əhəmiyyətli dönüş nöqtəm budur. Hələ də, anam qədər sevdiyim tək insanın o olduğunu düşünürəm.
 
– Bundan sonra necə biri ilə sevgili olardız?
 
– Adi bir münasibət yaşamaq istəmirəm. 3 ildir ki, sevgilim yoxdu. Ömrümün üçdə birini onunla keçirmişəm. Bir sevgini ən süzülmüş halda yaşamışam. Hər kəsin başına gələcək bir şey deyil. Nə istədiyini bilən, sirli olmağa çalışan, qadınları arxasıyla süründürən, taktikalarla hərəkət edən bir kişiylə münasibətdə ola bilmərəm.