Nərimanovun götürülməsini açıq-aşkar tələb edirlər”- Lenin və Stalinə göndərilən teleqram

 
 
 
 
Moderator.az Azərbaycan tarixində müəyyən ziddiyyətli məqamları ilə xatırlanan ictimai-siyasi xadim Nəriman Nərimanov haqqında bir neçə maraqlı məqama toxunacaq.
 
Nə qədər də ziddiyyətli məqamlarla xatırlanmasına baxmayaraq, Nərimanov hər zaman Azərbaycan, eləcə də bütün Qafqaz müsəlmanları üçün əlindən gələni etməyə çalışıb. Sadəcə, bu mövqeni tutan yeganə rəhbər olduğundan, erməni-gürcü-rus kadrları tərəfindən təkləndiyindən o da müəyyən manevrlər etmək məcburiyyətində qalıb.
 
Nərimanovun adının ən çox hallandığı olaylardan biri də 1918-ci ilin 31 mart soyqırımıdır. Soyqırım vaxtı Nərimanovun ermənilər tərəfindən girov götürülməsi haqqında bilgilər də çox yayılmışdı. Lakin gerçək olan budur ki,  o zaman Nərimanovun özünü yox,  onun qardaşını bir qrup insanla “Parapet” deyilən yerə gətirib orada güllələyiblər. Amma qardaşı möcüzə nəticəsində sağ qalıb. Nərimanovun özünə isə dəyməyiblər. Onun girov götürülməsi faktı düz deyil.
 
Araşdırmaçı Teyyub Qurban vaxtilə bu sətirlərin müəllifinə Nərimanovun o gecə harada olması barəsində bunu deyib:
 
“Nərimanov məcburiyyət səbəbindən Şaumyanın evinə gedib. Şaumyanın evi qorunurdu. Nərimanov onun evinə gedərək xahiş edib ki, qırğını dayandırsın. Amma xahişi yerdə qalıb. Ümumiyyətlə mart soyqırımı ayın 31-də yox, on gün qabaq, yəni 21-də olub. Rus və ermənilər Novruz bayramı günü xalqın başına bu oyunu gətiriblər. Nərimanov Şaumyanın Andraniklə məktublaşmasından, Qafqaz İslam ordusunun Bakıya gəlməsindən, müsavatçıların gizli fəaliyyətindən xəbərdar idi. Nərimanov kimi adam heç vaxt onlara qoşulub qırğını alqışlaya bilməzdi”.
 
Növbəti fakta diqqət edək. Nəriman Nərimanovun Ev Muzeyinin əməkdaşı, tarixçi alim Rəna Bayramova 1920-ci ildən sonra rəhbərlər arasındakı çəkişmələrdən bəhs edən araşdırmasında maraqlı bir teleqramı üzə çıxardıb. Orcanikidze Lenin və Stalinə teleqram göndərərək, Nərimanovu təcili bir kadr kimi yox edilməsini istəyir:
“Nərimanov hələ yoxdur, lakin buradakı yoldaşları MK-nın qərarı ilə tanış etmişəm, burada olmadığım müddətdə iş yoğunlamışdır, indi Nərimanovun götürülməsini açıq-aşkar tələb edirlər. MK direktivlərinin yekdilliklə, hətta müzakirəsiz qəbul edilməsi hiyləgər manevrdən başqa bir şey deyildir. Bir neçə başqa işçi də götürülməsə, qalmaqal davam edəcəkdir. Nərimanovun məsələsində Axundova və Hüseynova inanmaq olmaz. Qarşıya Nərimanovu devirmək vəzifəsi qoyulmuşdu... Partiyada aparılan təmizləmə ilə əlaqədar olaraq Nərimanovun qrupu mühasirəyə alınmışdır... Hüseynovu, Axundovu Moskvada uzun müddət saxlamaq lazımdır...»
 
“V. İ. Lenin teleqramın üstünə yazmışdı: «Məxfi Molotov yoldaşa. Siyasi Büronun bütün üzvlərinə oxutdurmalı 19.XI Lenin» (13, f.268, s.26, iş 32, s.144)”.
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...