​Nərimanov Stalinə İmam Hüseyn haqqında bunları yazırdı- TARİX

Baxış sayı: 
374
0  
0  

 
 
 
 
Aşura İslam tarixinin ən böyük  faciəsi hesab edilən Kərbəla müsibətinin ən pik nöqtəsidir. “Aşura” ərəbcə, “onuncu gün” deməkdir. Yezid ibn Müaviyə İslamı tamam yox etmək üçün peyğəmbər ailəsinin üzvləri ilə həddindən artıq qeyri-bərabər döyüşdə qarşılaşır. Kərbəla düzündə min bir əziyyətə düçar olan İmam Hüseyn və 72 tərəfdarı məhərrəmlik ayının onuncu günündə şəhid olurlar.
 
Bu gün də bəzi İslam ölkələrində məhərrəmlik matəm ayı kimi qeyd olunur, aşura xüsusi şəbihlərlə xatırlanır. Təbii ki, bəzi ölkələrdə, eləcə də Azərbaycanda uzun illər aşura günü ifrat “şəriət qaydaları” ilə müşahidə olunub. İmamların böyük xarakterinin tərənnümü, təəssüf ki, ayrı bir müstəvidə insanlara çatdırılıb. Bu barədə danışmağa, yazmağa dəyməz. Yazıldıqda yazılıb, deyildikcə də deyilib...
 
 
Moderator.az Aşura günü ilə bağlı Azərbaycan tarixinin ən mürəkkən dövrlərdən keçmiş rəhbər şəxslərindən olan, tanınmış ictimai xadim Nəriman Nərimanovun İmam Hüseyn və Kərbəla faciəsi haqqında fikirlərini təqdim edir.
Bu fikirlər Azərbaycan SSR-nin ilk dövlət və hökumət başçısı Nəriman Nərimanovun V.Stalinə “Ucqarlarda inqilabımızın tarixinə dair” adlı məşhur məktubundandır:
 
“Bu, Yezidə qarşı mərdanə çıxış etmiş adamın həyatından bütöv bir facisidir. Min illərdir ki, müsəlman kütləsi Məhəmmədin ən sevimli nəvəsi İmam Hüseynin işgəncəli ölümü günü matəm yürüşü keçirir və ən dəhşətli şəraitdə düşmənlərin əlinə keçən Hüseyn və onun ailəsinə məhəbbət və rəğbət əlaməti olaraq, bu və ya digər yolla bu hadisələrə öz münasibətlərini bildirirlər. Bu, öz gücsüzlüyünü bilərək, Məhəmmədin qanunlarını pozan, hamını və hər şeyi qızıla almaq istəyən Yezidə qarşı mərdi-mərdanə çıxış etmiş adamın həyatından bütöv bir faciədir.. İmam Hüseyn tabe olsun və vicdanını qızıla satsın deyə, Yezid bütöv bir vilayəti idarə etməyi ona təklif edirdi. O bunu etmədi, həlak oldu..."
 
Moderator.az mənbə olaraq, araşdırmaçı alim, Zaur Əliyevə təşəkkürünü bildirir.
 
Elmin Nuri

Загрузка...
Загрузка...