​Nərimanov icra başçısı ilə bağlı şok xəbər yayıldı – VƏZİFƏDƏN AZAD EDİLDİ?

Məlumata görə, sentyabrın sonuna kimi bir neçə rayonun icra başçısının vəzifədən uzaqlaşdırılması gözlənilir.
Məlumatda qeyd olunur ki, bu siyahıda Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev adı var. Ehtimal ki, Abdin Fərzəliyevə Prezident Administrasiyasında müəyyən vəzifə veriləcək. Mənbə bildirir ki, A. Fərzəliyevin Administrasiyada çalışması indiki halda daha inandırıcı versiyadır.
Nərimanova yeni icra başçısı isə hazırda rayonlardan birində icra başçısı olan şəxs təyin olunacaq. Bu isə Nərimanov rayonundakı uzun illərdi yığılıb qalmış problemlərin həlli istiqamətində yeni addımların atılması üçün daha bir stimul olacaq./terefdar.az