​Noyabrda 9 gün iş olmayacaq

 
Azərbaycanda noyabrın 9-da Dövlət Bayrağı günü qeyd ediləcək.
 
Report xəbər verir ki, bu münasibətlə həmin gün qeyri-iş günü hesab edilir. Noyabrın 9-u həftənin çərşənbə gününə təsadüf edir. Bu səbəbdən əlavə qeyri-iş günü olmayacaq.
 
Bundan başqa, noyabr ayında 8 gün şənbə-bazara düşdüyündən həmin günlər qeyri-iş günü sayılır.
 
Qeyd edək ki, noyabrın 12-də Konstitusiya günü, 17-də isə Dirçəliş günü qeyd ediləcək. Həmin günlər isə qeyri-iş günü hesab edilmir.