Novruz bayramı tədbirləri ləğv edildi

Baxış sayı: 
106

Şimali İraq kürd muxtariyyətinin ən böyük əyalətlərindən olan Süleymaniyyədə üç günlük matəm elan edilib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, qərarın “Zeytun budağı” hərəkatının gedişatında Suriyanın Afrin bölgəsinin Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun əlinə keçməsi ilə əlaqədar verildiyi bildirilir.
“Afrində baş verən hadisələrlə əlaqədar Süleymaniyyədə üç günlük matəm elan edilib və Novruz bayramı ilə bağlı bütün tədbirlər ləğv edilib”, - əyalətin valisi Hafal Əbubəkrin yazılı bəyanatında deyilir.
Qeyd edək ki, Afrin şəhəri dünən azad edilib.
Ömər Dağlı

Загрузка...
Загрузка...