​Novruz bayramı BMT-də qeyd edildi

"Novruz qlobal mədəniyyət irsimizin bir hissəsidir.”
Birləmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2010-cu ildə qəbul etdiyi 64253 saylı qərara əsasən Beynəlxalq Novruz günü həmin qurumda da qeyd edilib. ANS PRESS-in məlumatına görə, tədbiri Azərbaycan, Türkiyə, Əfqanıstan, Pakistan, İran, İraq, Qazaxısyan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Hindistan və Özbəkistanın BMT-dəki daimi nümayəndəlikləri təşkil edib.
Novruz bayramı BMT-də qeyd edildi
Tədbirdə çıxış edən BMT-nin baş katibi Ban ki Mun Novruzun qlobal mədəniyyət mirasının bir hissəsi olduğunu deyib.
“Dünyanın bir çox bölgəsindəki milyonlarla insan kimi bu gün biz də Novruz bayramını qeyd etmək üçün toplaşmışıq. Bu xöşbəxt bayram hamı üçün ilham mənbəyidir. Novruz qlobal mədəniyyət irsimizin bir hissəsidir.”
Novruzun müxtəlifliklər içində bir bərabərlik olduğunu deyən Ban ki Mun BMT olaraq Novruzu qeyd etdikləri üçün özlərini bəxtiyar hiss etdiklərini deyib.
Tədbirdə digər ölkələrin də nümayəndələri iştirak ediblər.