NÖVBƏTİ DƏHŞƏTLİ TERROR: 43 ölü, 100 yaralı

 
Pakistanda məbəddə törədilən partlayış nəticəsində 43 nəfər ölüb, 100-dək dindar yaralanıb. 
 
Turaninfo.az-ın “Dawn” nəşrinə istinadən verdiyi xəbərə görə, partlayış Belucistan əyalətində yerləşən məbədin daxilində dini ayin keçirilən zaman baş verib. Partlayış baş verən an məsciddə 500-dən çox dindar olub.
 
Terror aktı nəticəsində azı 100 nəfər yaralanıb.
 
“İŞİD” terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.