Nostradamusun Mussolini və Hitler barəsindəki proqnozu: “Onun aqibətini heç zaman bilməyəcəklər”

 
 
 
 
Dünya tarixinin sirli şəxsiyyətlərindən biri də fransalı öncəgörən keşiş Mişel Nostradamus olub. O, 1503-cü ildə Fransanın kiçik bir vilayətində dünyaya gəlib. Ailəsi və övladının qəfil ölümündən sonra böyük sarsıntı yaşayan Nostradamus hamıdan uzaqlaşaraq Belçikada bir monastra sığınır və dünyanın gələcək taleyi haqqında proqnozlar yazır.
 
Fransa kralı II Henriyə yazdığı məktubda bu bacarığını Tanrıdan gələn lütf kimi əsaslandırır və bu lütf üçün Tanrıya dərin minnətdarlığını bildirir. O, özünün  qabaqcadan dediyi vaxt - 1566-cı ildə vəfat etsə də, dünyanın gələcək tarixi, hətta XX və XXI əsr haqqında dediklərinin əksəriyyəti gerçəkləşib.
 
Moderator.az saytı həmin gerçəkləşən proqnozlardan ikisini təqdim edir. Qeyd edək ki,   öncəgörən öz proqnozlarını dördlüklər şəklində yazırdı, bəzən də bu cümlələr arasında rabitəsizlik var idi. Gerçəkləşən tarixi hadisədən əvvəl onun proqnozunu təqdim edirik:
 
Proqnoz:  “Norveçdə, Dasiyada və Britaniya adalarında müttəfiq qardaşlar böyük çətinliklər törədəcəklər. Fransız soyköklü romalı lider... Ordular meşəyə çəkiləcək!”
 
Analizi: Nostradamusun XVI əsrdə dediyi sözlər II Dünya Müharibəsinin gedişini tam olaraq özündə əks etdirir. Hitler və Mussolini II Dünya Müharibəsi illərində Norveçə, Dasiyaya, yəni, Rumıniyaya  böyük ziyan vuran “qardaşlar, daha doğrusu, bir-birilərinə bağlı olan müttəfiqlər idilər. Meşəyə çəkilən ordu isə faşistlərlə döyüşdə böyük rol oynayan məşhur müqavimət hərəkatıdır. Fransız soykökülü romalı lider isə təbii ki, Mussolinidir.
 
Proqnoz: “Nariki adalarından başlayan Reyn çayının sahilində böyük bir şəxsiyyət doğulacaq! O, çox gec gəlsə də, Polşa və Macarıstanı qoruyacaq. Onun başına nə gəldiyini heç vaxt bilməyəcəklər. Lideri dəmir qəfəsə salacaqlar, alman oğlu heç bir qaydalara tabe olmayacaq”.
 
Analiz: “Sehirli keşiş”in tədqiqatçıları uzun müzakirədən sonra bu sözlərin məhz dünya tarixini dəyişməyə cəhd edən Nasist Partiyasının lideri Adölf Hitlerə aid olduğunu qeyd edirdilər. Hitlerin ölümü bu gün də müəmma olaraq xatırlanır. Onun gizləndiyi bunkerdən çıxıb çıxmaması, cəsədlərin onun və qadınına aid olub olmaması hələ də sual altındadır.
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...