Norveçin müdafiə naziri Türkiyədən üzr istədi

NATO-nin hərbi təlimləri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Mustafa Kamal Atatürkün şəkillərinin poliqonda hədəf kimi istifadə olunmasına görə Norveç rəsmi şəkildə Türkiyədən üzr istəyib.
Publika.az xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Frank Bakke-Jensen rəsmi açıqlama yayıb.
O, bildirib ki, Norveçdə keçirilən təlimlər zamanı baş verən xoşagəlməz olay bu ölkənin siyasi mövqeyini əks etdirmir. Nazir rəsmi Ankaradan üzr istəyərək Türkiyə ilə əməkdaşlığa dəyər verildiyini, yaşanan olaya görə günahkarın cəzalandırılacağını vurğulayıb.
Qeyd edək ki, NATO-nun təlim mərkəzində Türkiyə dövlətinin qurucusu Atatürkün və hazırki prezident Rəcəb Tayyib Ərdoğanın şəkilləri atış üçün hədəf kimi seçilib. Bundan sonra Türkiyə NATO-nun Norveçdəki mərkəzi komandanlığındakı 40 hərbçisini təlimlərdən geri çağırıb. (azvision.az)

Загрузка...
Загрузка...