Norveçdə helikopter qəzasında ölən 11 nəfərin cəsədi tapılıb

Norveçin qərb sahillərində qəzaya uğramış helikopterdə olan sərnişinlərdən 11-nin cəsədi tapılıb.
 APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu  barədə “Stavanger Aftenblad” qəzeti məlumat yayıb.
 Helikopterdə olan sərnişinlərin dəqiq sayı məlum deyil. Bəzi məlumatlara görə, 13 nəfər olub. Onların arasında Britaniya, İtaliya və Norveç vətəndaşlarının olduğu bildirilir.
 Cəsədlər həm suda, həm də quruda aparılan axtarışlar nəticəsində tapılıb. Axtarışlar davam etdirilir.
 Qeyd edək ki, bu gün Norveçin ikinci ən böyük şəhəri olan Bergen yaxınlığında təyyarə qəzaya uğrayıb. Qəzanın səbəbləri bəlli deyil. Ölkənin baş naziri Erna Sulberq hadisə ilə əlaqədar yerli vaxtla saat 17:30-da mətbuat konfransı keçirəcəyini bildirib.