​Normal ölkədə qara bazarın yaranması mümkün deyil - EKSPERT

 
 
“Qara bazar istənilən ölkənin ayıbıdır, normal maliyyə-bank sistemi olan ölkədə, bazar iqtisadiyyatının, heç olmasa, əlifbası olan ölkələrdə qara bazarın yaranması mümkün deyil”.
 
Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli belə deyib. O, deyib ki, əgər ölkədə qara valyuta bazarı varsa, deməli həmin ölkənin bank sistemində, iqtisadiyyatında ciddi problemlər var:
 
 
 
“Valyuta da bir əmtəədir, tələb-təklif prinsipi bu sahədə də keçərlidir. Valyuta dəllalları kimi sovet anlayışını qəbul etmirəm. Məsələn, məhəllələrdə kiçik marketlər, bazarlar var, səhər tezdən dükan sahibi Məhəmməd dayı gedir "yaşıl bazara", oradan pomidorun kilosunu 1 manata alır, gətirir məhəlləyə bizlərə 1,3 manata satır. Biz Məhəmməd dayıya "pomidor alverçisi, möhtəkiri, dəllalı" demirik axi?! Ona qalsa Məhəmməd dayı da "qara pomidor bazarı" möhtəkiri sayılmalıdır, sovetlərdə sayılırdı da... Başqa bir misal, Tükəzban xala gedir Sədərək Bazarına, 10 corabı topdan 5 manata alır, sonra məhəllədəki öz kiçik dükanında hər corabı 1 manata satır, belə çıxır ki, Tükəzban xala "qara corab bazarı" dəllalıdır? Bu gün bank rəsmi məzənnənin üzərinə 4% qoyub sata bilər, formal olaraq kimsə (lap öz adamıdır) bu fərqlə dolları 1,79-a alıb (tutalım, 100 min), 1,82 satsa, bazar iqtisadiyyatı məntiqi ilə o corab-pomidor satan kimi hərəkət edir, heç bir fərq yoxdur. Dövlətin borcudur ki, sərbəst valyuta alış-satışını təşkil etsin, o zaman qara bazar da yarana bilməz. Birdəfəlik anlamaq lazımdır ki, dünyada nə ideyanın, nə pulun qarşısını almaq mümkün deyil, SSRİ 70 il bunu etməyə çalışdı, alınmadı, dağıldı. Bu hadisədən dərs çıxartmaq lazımdır..."

Загрузка...
Загрузка...