Nobel mükafatının məbləği 125 min dollar artırıldı - SƏBƏB...

 
 
2017-ci ildə Nobel mükafatının məbləği 9 milyon İsveç kronu (1,12 milyon dollar) artırılıb.
 
Bu qərar  Nobel Fondu direktorlar şurasında qəbul olunub. 
 
Moderator.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib. 
 
Qərara görə məbləğ milyon kron (124,8 min dollar) artacaq. 2011-ci ildə mükafatın həcmi 10 milyon krondan 8 milyona endirilmişdi (1,25 milyon dollardan 998 min dollara). 
 
Məlumatda deyilir ki, bu, fondun maliyyə dayanıqlığını möhkəmlətmək proqramı çərçivəsində həyata keçirilmişdi.
 
Qeyd edək ki, 2017-ci ilin laureatlarının elan edilməsi oktyabrın 2-dən başlayacaq. Nobel mükafatı fizika, kimya, tibb, ədəbiyyat və iqtisadiyyat sahəsində nailiyyətlərə görə verilir. Eyni zamanda sülh mükafatı da verilir.
 
İyunda iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Kristofer Pissarides bildirib ki, gələcəkdə iqtisadi inkişafa əsas təhlükə rəqəmsal texnologiya və robotlaşdırma olacaq. 2016-cı ildə iqtisadiyyat sahəsində  əlaqələr nəzəriyyəsinin inkişafında xidmətlərinə görə Nobel mükafatını Harvard Universitetinin professoru Oliver Hart və Massaçuset texnoloji institutunun iqtisadiyyat professoru Benqt Holmstrem  alıblar.

Загрузка...
Загрузка...