Niyaməddin Orduxanlı: ""Qadın qətlərinə son" qoyulması şüarının əleyhinəyəm"

“ Qadın qətillərinə son “ kampaniyasını aparmaq doğru deyil Vətəndaş Cəmiyyətinin nümayəndələrinin sosial şəbəkə də son günlərdə həyast yoldaşları tərəfindən qətlə yetirilən xanımların müdafiəsi ilə bağlı təşkil olunun “Qadın qətllərinə son” kampaniyası QHT sədrləri arasında birmənalı qarşılanmayıb.
 
Bununla bağlı Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin sədri, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Moderator.az saytına acıqlmasında bildirib ki, aparılan kampaniya tamam başa prizmadan yanaşır:
 
“ Təbii ki, birmənalı şəkildə xanımların qətlə yetirilməsinin əleyhinəyəm. Ancaq Avropanın ən inkişaf etmiş ölkələrində də , Amerikada da həyat yoldaşı öz xanımını qətlə yetirir. Bu , cinayət hər zaman olub və olacaq da. Bü gün Azərbaycan da "qadın qətlərinə son" qoyulması şüarının əleyhinəyəm. Geri zəkalı, savadsız, cahil insanlar düyanın hər yerinə mövcuddur. Məncə, biz bir toplum olaraq, xüsusən vətəndaş cəmiyyətinin rəhbəri olaraq cəhalətin aradan qaldırlması yönümündə işlərimizi aparmalıyıq. Maarifçilik işinin qurulmasını təşkil etməliyik. Ən vacıbı cəhalətin aradan qaldırılmasını təşkil etməliyik. Məhz bunu kampaniyaya çevirməliyik. "Qadın qətllərinə son" kampaniyası süni şəkildə gündəmə gətirməyin səbəbi nədir?! Bunu başa düşə bilmirəm. Nəzərə alaq ki, Azərbaycan dövlətinin imicinin korlanması üçün və dövlətimizin milli maraqlarına zərbə vuran bir sıra xarici beynəlxalq təşkilatlar var. Bu, təşkilatların əksəriyyəti erməni diasporasının təsirindədir. Bu təşkilatlara imkan vermiyək ki, bir necə adamın cəhaləti səbəbindən fürsət əldə edib, dövlətimizə qarşı fəaliyyət göstərsinlər. Bir daha düşünürəm ki, qadına əl qaldırmanın əsas səbəblərindən biri cəhalətdir, cahil valideyindir, cahil qohumlardı və nəhayət, cahil həyat yoldaşıdır!”