"Niyə Milli Şura İran Ermənistan yaxınlaşmasına etiraz etmir?"

İranla Ermənistan arasında viza rejiminin ləğvini və İran prezidenti Həsən Ruhaninin Ermənistana planlaşdırılan səfəri ilə bağlı etırazlar davam etməkdədir. Bu səfər də BAXCP funksioneri Niyaməddin Orduxanlı mətbuatda öz etırazını bildirib: Çox təəssüf ki, bu bir reallıqdır ki, dünyada müsəlman təəssübkeşliyi yoxdur. Arıtq heç kimdə şübhə yoxdur ki, bir çox dövlətlər dindən siyasi məqsədlər üçün istifadə ediblər. Başqa vaxt təblığat aparırlar ki, “Quran”da da yazılıb ki, müsəlman müsəlmana qardaşdır. İran rəsmiləri niyə bu faktora söykənmir? Bəs, müsəlman , müsəlmanın qardaşı deyil? Axı çox yaxşı bilirsiniz ki, Ermənistanın bu gün siyai rəhbərliyində olan şəxslər birbaşa Azərbaycan torpaqlarınının işğalında əli silahlı iştirak edib! Bir milyon müsəlmanı evindən-eşiyindən didərgin salıb! Məscidlərimizi donuzxanaya çeviriblər! Bütün bunların iştirakında Sərksiyan iştirak edib! Xocalı da törədilən qətliyamda iştirak etidyindən “fəxr etdiyini” deyən də Sərksiyandır. İran bütün bunları bilə-bilər və Ermənistana sanksiya tətbiq etmək əvəzinə , viza rejimini ləğv etmək istəyini bildirir, Ermənistanla siyasi, ticari, hərbi əlaqələri qurur. Başqa vaxt deyirlər ki, Azərbaycanda yaşayan insanların böyük əksəriyyəti məzhəbçə siəyədir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanı ayaq üstdə saxlayan, hərbi baxımdan ona dəstək verən Rusiyadırsa, siyasi baxımdan erməni diasporunun güclü olduğu Fransa və ABŞ-dırsa, Ermənistanı iqtisadi baxımdan ayaq üstdə saxlayan Ermənistanla qonşu olan müsəlman dövlətləridir. Onların biri din, biri də can qardaşımızdır.” Niyaməddin Orduxanlının fikirincə, bu gün İran rəsmilərininu cür bəyanatına çox təəssüf ki, ölkədə fəaliyyət göstərən siyasi partyalardan kifayət qədər etirazlar eşidilmədi: İlk gündən liderimiz BAXCP sədri Qüdrət Həsənquliyev bununla bağlı çox kəskin mövqeyini bildirdi. Həftənin birinci günü BAXCP İdarə Heyətindən geniş müzakirə olunduqdan sonra, İranın bu əməllərini İslama həqarət kimi qiymətləndirldi. Ermənistanı müqəddəs Ramazan ayında utanmadan “müttəfiq” adlandırması rəzalətdən, şərə, zülmə dayaq durmaqdan, İslamın müqəddəs dəyərlərinə meydan oxumaqdan başqa bir şeyin olmadığnı bəyan etdi. İranın fars-molla rejiminin təmsilçilərinin azərbaycanlılara qarşı soyqırım həyata keçirən, əli on minlərlə günahsız insanın qanına bulaşan Ermənistan rəsmilərini müttəfiq gözündə görməsi rəsmi Tehranın bu cinayətlərə şərik olması anlamına gəldiyini və Rəsmi Tehranın bu hərəkətləri İran İslam Respublikasının vətəndaşları hesab olunan, sayı 30 milyondan çox olan azərbaycanlıların da aşağılanması, təhqir olunması kimi qiymətləndirdi. Ancaq İranın bu bəyanatına Milli Şura deyilən qurumdan etiraz edilmədi! Niyə? Hər gün öz etiraz bəyanatlarını səsləndirən Mill Şura nədən bu hadisəni “görməzliyə” vurdu? Nə Əli Kərimlinin, nə də Cəmil Həsənlinin hələ də səsi gəlmir. Bütün bunlar sübut etdi ki, Milli Şura birbaşa Rusiyanın layihəsidir və o zaman Milli Şura yarananda İranpərəst siyasi qüvvələr də burada yer almışdılar. Əli Kərimli də bu gün İranla münasibətlərinin korlanmasını istəmir! Söhbət burada Azərbaycanın milli maraqlarından gedir axı! Bu faktorun özü onu deməyə əsas verir ki, Milli Şuranın heç bir halda Azərbaycanın milli maraqları düşündürmür. Bu bir faktdır! “