Nikolay Rıjkov: Biz Azərbaycana silah satırıq, nə olsun ki?

 
Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkov Ermənistanın Milli Məclisində jurnalistlərlə görüş zamanı Azərbaycana silah satılmasına dair suala cavab verib.
 
Turaninfo.Az bu barədə Aysor.am-a istinadən xəbər verir.
 
“Bu, köhnə sualdır. Bəli, silah satırıq, nə olsun ki? Bu, müharibənin başlanması üçün məqsədyönlü şəkildə silah satırıq anlamına gəlmir”, - N.Rılkov bildirib.
 
Jurnalistlərin sualın yeni yox, ağrılı olduğu barədə qeydlərinə isə N.Rıjkov deyib:
 
“Qarabağ münaqişəsini tez bir zamanda həll etmək lazımdır. Yalnız o halda, hər şey öz yerini tutacaq”.

Загрузка...
Загрузка...