Nikita Xruşşovun qızı dünyasını dəyişib

Turaninfo.az rus mətbuatına istinadən xəbər verir ki, Sovet İttifaqı Kommunist Partiyasının keçmiş baş katibi Nikita Xruşşovun qızı Rada Acubey 88 yaşında, Rusiyadakı xəstəxanaların birində dünyasını dəyişib. Məlumatı “Exo Moskva” radiostansiyasına mərhumun qohumları verib.
Xruşşovun qızı onun ikinci evliliyi zamanı, 1929-cu ildə Kiyevdə dünyaya gəlib. 1952-ci ildə o, MDU-nu bitirib və bundan sonra jurnalist işləməyə başlayıb. Hələ tələbə ikən, o, kurs yoldşı Aleksey Acubey ilə ailə qurub, Aleksey sonralar “Komsomolskaya pravda” və “İzvestiya” qəzetlərində baş redaktor vəzifələrini tutub. Rada Acubey 50 ildən artıq bir müddət ərzində Rusiyanın “Elm və həyat” jurnalında işləyib.(Hurriyyet.org )