Nigar Camal Əməkdar artisti GÜNAHLANDIRDI: “Röya üstümə şər atır” - AÇIQLAMA

“Bu barədə açıqlama vermək istəmədikcə, görürəm ki, hamı ağzına gələni danışır. Bəziləri də mənim susmağımdan istifadə edib, ürəkləri nə istəyir yazır və danışır. Doğrudan da ayıbdır. Bu nə səviyyəsiz ifadələrdir işlədirsiniz? Bu millətə lazımdır ki, kimin harası necədir?”
Bu sözləri Publika.az-a açıqlamasında Nigar Camal söyləyib.
N.Camal “Altın kelebek”in əvvəlcədən ona veriləcəyi ilə bağlı vədə münasibət bildirib: “Bu, yalan söhbətdir, elə şey olmayıb. Tam şəffaf səsvermə keçirilib. Sadəcə olaraq oraya gedəndə bilirdik ki, qalib Röyadır. Mən oraya iştirak etmək üçün getmişəm. Anar Röyanı hotelə çağırmışdı, özü gəlmədi. O, dedi ki, gəl Nigargilə birlikdə gedək. Röya Boğaz tərəfdə yaşayır, biz isə "Altın kelebek"in keçirildiyi yerə yaxın hoteldə qalırdıq. Bu söhbət gedəndə mən otağımda yatırdım. Anara dedim ki, istəyirsənsə get elə, özüm makiyajımı edərəm. Öz makiyajımı daha çox bəyənirəm”.
O, daha sonra Röyanın “Xəzər maqazin” proqramına verdiyi açıqlamalara da cavab verib:
“35 yaşında qadınsan, anasan. Niyə uşaq söhbətləri edirsən? “Azərbaycanın parlaq ulduzu”san get dadını çıxart. Nə yapışmısan məndən? Mən bənzətmək istədiklərinizə bənzəməyəcəm. Səsimi, oxumağımı bəyənməyə bilərsiniz. Amma bir də belə mərifətsiz söhbətlərdə adımı çəkməyin! Ola bilsin ki, bu cür ifadələr kimlər üçünsə adi bir şeydir. Amma mənim üçün deyil. Sabah gözü götürməməkdən öz saçıma qaynaq deyəcəklər. İnsan özündə olmayan şeylərə görə şər atıb sakitləşəcəyini düşünür, amma doğrunu özü yaxşı bilir. Yaxşı ki, hələ məni sevirmişsən bu qədər söz çıxartdın. Gör sevməsən, neyləyərdin. Sevən insanın problemi varsa, zəng vurub soruşar. Orada müsahibə alan jurnalist deyir ki, mən Röyaya arxamı çevirmişəm. Bu boyda yalan olar? Zalda oturulu halda necə arxanı çevirmək olar? Həyəcanlı olub yəqin. Əlini uzatdı, mən də əlini sıxıb təbrik elədim. Bu söhbətlər haradan çıxıb bilmirəm. Deyirlər ki, gündəmə gətirdik. Mənə belə səviyyəsiz söhbətlərlə gündəmə gəlmək lazım deyil. Danışmaq istəmədikcə məcbur edirsiniz. Gündəmdə qalmaq üçün başqasını seçin”.

Загрузка...
Загрузка...