Nigahdankənar övlad dünyaya gətirən azərbaycanlı məşhur kimdir? - AÇIQLAMA

 
 
 
Aktrisa Xuraman Əlizadənin şəxsi həyatı müzakirəyə səbəb oldu. Primetime.az "Xəzər Maqazin"ə istinadən xəbər verir ki, yenicə ana olan aktrisanın nigahdankənar övlad dünyaya gətirdiyi deyilib.
 
Birinci dəfə evliliyi alınmayan Xuramanın hazırkı həyat yoldaşı ilə nigahsız yaşadığı iddia edilib. Adı gündəmdən düşməyən Xuraman bu haqda ilk dəfə danışıb. O, illərdir yaşadığı bütün sirli məqamları belə aşkara çıxarıb:
 
"Əgər nigahdankənar övlad dünyaya gətirmişimsə, bu mənim öz işimdir. Hər kəs özünə cavabdehdir. O dünyada hər kəs öz əməlinə görə cavab verəcək. Mənim sənətinlə maraqlansınlar, şəxsi həyatımla deyil. Bizdə hər şey qanunidir, Allahın kəbini, dövlətin nigahı ilə ailə qurmuşuq. Hər kəs ağzına gələni danışmasın".
 
İllərdir əzab-əziyyətli həyat yaşayan aktrisa, indi çox xoşbəxt olduğunu bildirib. Körpəsi ona həyatın ağrı-acısını unutdurub: "Bu tamam başqa duyğudur. Elə bil ki, dünyanın ən xoşbəxt insanıyam. Onun gülüşü mənə dünyanı bəxş edir. Görənlər deyir, atasına bənzəyir. Kimə oxşayır oxşasın, əsas odur sağlam, xoşbəxt olsun. Mənim onunla bağlı çox arzularım var".