Nifrətin şəkli: erməni xislətindən doğan utanc tablosu

Bu şəkillər Ermənistanda çəkilib. Göründüyü kimi, qardaş Türkiyənin və Azərbaycanın bayraqları təhqir olunur.
Söz yox ki, bunu edən gözünü qan tutmuş, türk qövmünə patoloji nifrət edən, hamımızın qanını içməyə hazır olan, düşmənçilik qəzəbindən beyni pozulmuş böyüklərdir.
Şəkildə görünən uşaqların bu mənzərənin bu cür alınmasında günahı yoxdur, onlara deyiblər ki, bax, burda elə durun, belə dayanın, onlar da quzu balası kimi durublar və bu şəkillər ərsəyə gəlib.
Bu başqa söhbətdir ki, şəkildə gördüyümüz bu uşaqlar böyüyəndən sonra öz böyükləri kimi olacaq, bizə düşmən kəsiləcəklər. İndilikdə isə onlar məsum erməni cocuqlarıdır, hələ heç nəyi dərk etmir, kəsdirmirlər.
Bax, ermənilər öz uşaqlarının başını bu cür xarab edir, körpəliklərindən türk düşməni kimi böyüdürlər. Sonradan onların bu mərəzini sağaltmaq olmur.
Biz uzun illər fəxr edirdik ki, öz balacalarımızı hansısa millətə nifrət ruhunda böyütmürük. Amma 28 ildir davam edən müharibə bizim bu qürur predmetimizi əlimizdən alıb.
İndi bizimkilər də istər-istəməz düşmənə qarşı barışmaz, sərt, prinsipial olmağa məcburdurlar. İstəsək də, əksi alınmayacaq. Düşmənə loyal, yumşaq olmaq isə məğlubiyyətin əsas şərtidir. Biz cocuqlarımızı vətənpərvər ruhda böyütsək, yetər.
Bu isə, birmənalı şəkildə demək olar ki, bir utanc tablosudur. Böyüklər uşaqları bu cür tabloların alınması üçün dekora, alətə çevirməməlidir.