Nəhəng timsahın əti xeyriyyə cəmiyyətinə göndərilib

ABŞ-ın Florida ştatında fermerlərə ziyan vuran və ev heyvanlarına hücum edən nəhəng timsah zərərsizləşdirilib.
Musavat.com AFP agentliyinə istinadən xəbər verir ki, timsahın uzunluğu 4.5 metrdən, çəkisi isə 360 kiloqramdan çox olub.
Məlumata görə, nəhəng yırtıcını göldən çıxartmaq üçün ovçular traktordan istifadə ediblər. Göl kənarında çoxlu heyvan qalıqları tapıldıqdan sonra bu timsahın heyvanlar su içən zaman onlara hücüm etdiyi məlum olub.
Xəbər verilir ki, timsahın yeyilməsinə qərar verilib. Onun əti xeyriyyə cəmiyyətinə göndəriləcək və bədəninin başqa hissələrini - dişlərini və pəncələrini ovçular özləri üçün saxlayıblar.