Nəhayət: Yad planetlərdə həyatı öyrənməyə mane olan səbəb tapıldı

Başqa planetlərdə həyatın varlığını öyrənmək üçün mütəxəssislərə buludlar mane olur.
Cebhe.info xəbər verir ki, bu barədə məlumatı “The Atlantic” nəşr edib.
Məlumata görə, “Habbl” kosmik teleskopu “Earth-GJ 1214b” adlandırılan planeti öyrənmək üçün aylarla zaman sərf edib. Teleskop 15 dəfə bu planeti çəkə bilib, ancaq daha sonralar GJ 1214b –dəki kimyəvi birləşmləri öyrənmək üçün bütün cəhdlər nəticəsiz qalıb. Buna səbəb isə onun buludlarla əhatə olunması olub. Eyni ölçülü digər planetlər- HD 97658b, GJ 436b və GJ 3470b ilə bağlı da bu araşdırmalar nəticəsiz qalıb. Buna da səbəb planetləri əhatə edən buludlardır.
Nəhayət: Yad planetlərdə həyatı öyrənməyə mane olan SƏBƏB tapıldı                                               
Hazırda astronomlar bu problemi həll etmək üçün çıxış yolu axtarırlar. Bununla yanaşı həmin buludların öyrənilməsi də atmosferin molekulyar tərkibinin öyrənilməsinə müəyyən qədər təsir göstərə bilər. Bundan başqa mütəxəssislər həmin planetlərin bulud örtüyünü yerdə yaradaraq araşdırma aparmaq niyyətindədir. Bu məqsədlə Massaçüset Texnoloji İnstitutunda sink sulfit və kalsiumdan ibarət buludların yaradılması istiqamətində iş aparılır. Mütəxəssislər belə güman edir ki, planeti əhatə edən buludların tərkibi məhz belədir.