Neymarın maaşı Messi və Ronaldonu qısqandırdı

PSJ-nin "Barselona"dan 222 milyon avroya transfer etdiyi Neymarın maaşı açıqlanıb. Paris klubunun braziliyalı futbolçuya ildə 57 milyon avro verəcəyi müəyyən olub.
Bu barədə "Football Leaks" məlumat yayıb. Sayt Neymarın müqaviləsini əldə edib və məlum olub ki, o, ildə 57 milyon avro qazanacaq. Bununla da braziliyalı dünyanın ən çox qazanan futbolçusu olub.
Bunun 37 milyon avrosu maaş olaraq veriləcək. Qalan 20 milyon avro isə mükafat və bonus şəkilində ödəniləcək.
Beləliklə, ildə 40 milyon avro qazanan Karlos Tevezi (Şanxay Şenhua) geridə qoyan Neymar "Barselona"da ildə 20 milyon avro maaş alırdı. (fanat.az)

Загрузка...
Загрузка...