''New York Times''dakı məqalə Qarabağ münaqişəsinin həqiqətlərini əks etdirmir - Azərbaycan səfirliyi

Yüz minlərlə azərbaycanlı məcburi köçkünlərin çətin vəziyyəti və Dağlıq Qarabağın Azərbaycan mədəniyyəti üçün mədəni əhəmiyyəti "New York Times"da dərc edilmiş məqalədə öz əksini tapmayıb.
Bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyinin David Kramerin daha əvvəl işıq üzü görmüş "Etnik münaqişə fonunda oazis çiçəklənir" adlı məqaləsinə elə "New York Times"da verilən şərhdə bildirilib.
"Müəllifin Ermənistanın de-fakto dövlət suverenliyini itirməsinə, eləcə də iqtisadi və demoqrafik tənəzzülünə daha dərindən toxunması məqalə üçün məqbul olardı", - səfirliyin şərhində deyilib (virtualaz.org).