Netanyahudan Türkiyəyə jest

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə münasibətlərin normallaşmasına çox yaxın olduqlarını açıqlayıb.
 Axar.az xəbər verir ki, “Haaretz” qəzetinin diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Netanyahu bunu ABŞ konqresmenləri ilə görüşdə deyib.
 Baş nazir gələn həftə Avropa ölkələrindən birində iki ölkə arasında növbəti görüşün keçiriləcəyini bildirib.