​Netanyahu: “Sağ olun, bizi Osmanlıdan qorudunuz...”

 
İsrailin Baş naziri Binyamin Netanyahu avstraliyalı həmkarı Malkolm Ternbulla görüşüb.
 
Axar.az xəbər verir ki, Netanyahu 1917-ci ildə baş verən hadisələri yada salaraq həmkarına təşəkkür edib:
 
“Avstraliya əsgərlərinin ölkəmizi osmanlılardan qurtardıqları üçün bu gün sizə borcluyuq. Bu, çox böyük hadisədir. Məncə, tarixdəki son süvari hücumu bu idi”.
 
Ternbull da öz növbəsində həmin hadisəyə toxunaraq, ölkənin böyük qəhrəmanlıq göstərdiyini deyib:
 
“Bəli, bu doğrudur. Son süvari hücumu Beer-Şevada oldu. Oranı ziyarət edəcəyəm”.
 
Xatırladaq ki, Beer-Şeva ingilis ordusunun atlı birliklərinin 1917-ci ildə hücumundan sonra Osmanlı imperiyasının əlindən çıxmışdı. Bu tarixdən 1948-ci ilə qədər İngiltərənin nəzarətində qalan şəhər hazırda İsrailin tabeçiliyindədir.