Neftlə bağlı mühüm qərar verildi: 65 dollara doğru...

 
"Fitç" Beynəlxalq Reytinq Agentliyi 2016-cı il üçün neftin qiymətinin proqnozunu 20% - bir barrel üçün 35 dollardan 42 dollaradək artırıb.
 
APA-nın məlumatına görə, bu barədə "Fitç"in açıqlamasında bildirilir.
 
Agentliyin yeni proqnozuna əsasən, ilin ikinci yarısında neft qiymətləri sabitləşəcək. Uzunmüddətli perspektivdə “Fitch” neftin qiymətinin 65 dollar səviyyəsinə çatacağını gözləyir.