Neftin və dolların bu günə olan qiyməti

Dünya birjalarında neftin qiyməti cüzi bahalaşaraq 40 dolları ötüb. ANS PRESS-in məlumatına görə, cüzi ucuzlaşmadan sonra dünya bazarlarında “Brent” markalı neftin bir barelinin qiyməti 40.22 dollar təşkil edib.
“WTI” markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 38.25 dollar müəyyən olunub.
Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,15 dollar bahalaşaraq 41,41 dollar təşkil edib.
Əlvan metalların qiymətində cüzi ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 39,66 dollar olub. Platinin 1 qramı 31,37 dollar, palladiumun 1 qramı isə 18,17 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0,49 dollar müəyyənləşib.
AMB-dən verilən məlumata görə, 31.03.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5421 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində ucuzlaşma qeydə alınıb. Avro 1.7453 manat, Rusiya rublu isə ucuzlaşaraq 0.0225 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.212 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5433 AZN dəyərində müəyyənləşib.