Neftin qiyməti yenə yüksəlməyə başladı

Dohadakı görüşün uğursuzluğunun şokunu unutmağa çalışan neft bazarı yenidən sabitləşməyə başlayıb.
Turaninfo.az Virtualaz.org –a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 14:30-da Brent markalı neftin iyun fyuçersinin 1 barreli dünya birjalarında 42,17 dolara satılıb.
Bu, cümə günü axşam qeydə alınmış qiymətdən təxminən 1 dolar az olsa da, bu gün səhər birjalar açılarkən olan göstəricidən 1 dollara yaxın yüksəkdir.