Neftimiz ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,64 dollar və yaxud 3,21% ucuzlaşıb.
 
Turaninfo.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,41 dollara bərabər olub.
 
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.