​Neftçalada qardaşını qətlə yetirən şəxs həbs olundu

Neftçala rayonunun Mirqurbanlı kəndində qətl hadisəsi olub.
Bu barədə “Report”a Neftçala Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, 26 yaşlı Əliyev Dadaş Cəfər oğlu qardaşı 1994-cü il təvəllüdlü Fəridi ov tüfəngi ilə atəş açaraq qətlə yetirib.Hadisənin mübahisə zəminində törədildiyi bildirilir.
D.Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.