Neft yenidən bahalaşdı

Dünən axşamdan başlayaraq bir qədər ucuzlaşdıqdan sonra “qara qızıl”ın qiyməti yenidən yüksəlməkdədir.
Turaninfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 14:45-də Brent markalı neftin iyun fyuçersinin 1 barrelinin qiyməti 44,37 dollar təşkil edib.
Bu göstərici bu gün səhər qeydə alınmış rəqəmdən 0,19 dollar, yaxud 0,43% çoxdur.