Neft ucuzlaşır

 
Dünya birjalarında neft ucuzlaşıb.
 
Turaninfo.az  APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar azalaraq 44,51 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,10 dollar azalaraq 45,74 dollar olub.
 
Azərbaycan neftinin qiyməti artıb.
 
Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,08 dollar və ya 0,17% artaraq 46,16 dollar təşkil edib.