Neft ucuzlaşıb

London və Nyu-Yorkun əmtəə birjalarında keçirilən elektron hərraclar zamanı neftin qiymətləri ucuzlaşıb.
"Report" xəbər verir ki, Nyu-Yorkun NYMEX birjasında WTI markalı yüngül neftin aprel fyuçersləri 0,19% düşərək bir barelə görə 41,44 dollar təşkil edib.
Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin may fyuçersləri 0,17% aşağı düşərək 41,47 dollar/barel təşkil edib.