Neft sürətlə ucuzlaşmağa başladı

Amerika Energetika Nazirliyinin məlumatları bazara ciddi təsir elədi
Amerika Energetika Nazirliyinin məlumatları dərc edildikdən dərhal sonra neftin qiyməti ucuzlaşmağa başlayıb.
Turaninfo.az –ın ANS PRESS-ə istinadən məlumatına görə, Bakı vaxtı ilə saat 19:25-də Brent neftinin barrelinin qiyməti ICE birjasında  40,77 dollar olub ki, bu da bircanın bağlanış anındakı qiymətindən 2,5% və ya 1 dollar aşağıdır. Beləliklə, yanvarın 20-dən bu yana bahalaşmağa başlamış neftin ilk dəfə ciddi ucuzlaşma təhlükəsi yaranıb. Yanvarın 20-də Brent neftinin barrelnin qiyməti 27 dollara qədər düşmüşdü.  
Amerika Neft İnstitutunun məlumatına görə, ABŞ neft anbarlarında ehtiyatlar ötən həftə 9,4 milyon barrel artıb. Halbuki əvvəlki proqnozlara görə cəmi 2,5 milyon barrelə artım gözlənirdi.
 
Brent neftinin qiyməti - 23 mart 2016-cı il
ABŞ-ın müxtəlif maliyyə institutları neft qiymətlərinin gələcəyi barədə fərqli proqnozlar veriblər. Məsələn, “Bank of America Merrill Lynch” öz proqnozunda bildirib ki, neft qiymətlərinin bərpası W-vari trayektoriya ilə gedəcək. Yəni qiymətlər düşəcək, sonra qalxacaq, yenidən düşəcək və yenidən qalxacaq. Amma “Goldman Sachs” hesab edir ki, neftin qiyməti nin 20 aydır ki, davam edən enişi hələ başa çatmayıb.

Brent neftinin qiymətinin son 1 ildə dəyişməsi
Amerika Neft İnstitutunun məlumatına görə, ABŞ-da benzin ehtiyatları 4,3 milyon barrel azalıb. Amma “The Wall Street Journal”ın yazdığına görə,  bu, xammal ehtiyatının sürətlə artmasının neft qiymətlərinə vurduğu mənfi təsiri kompensasiya edə bilməyib. Nəşr öz məqaləsində  “Tudor, Pickering, Holt & Co,” sərmayə bankının qiymətləndirməsinə istinad edib. Bankın qiymətləndirməsinə görə, ilin bu vədələrində benzin ehtiyatının azalması neft ehtiyatlarının artması ilə tarazlaşdırılır. Amma bu dəfə ehtiyatlar çox olub. 

Cim Rittirebuş - energetika sahəsində konsaltinq firmasının rəhbəri
“Benzinə tələbat gözləniləndən xeyli çox olmaqda qalır”.
Energetika sahəsində konsaltinq firmasına rəhbərlik edən Cim Rittirebuş  “The Wall Street Journal”a bildirib ki, “benzinə tələbat gözləniləndən xeyli çox olmaqda qalır”. Onun sözlərinə görə, neftin qiymətinin azalması dünyanın iri neft ixracatçılarının hasilat səviyyəsinin azaldılması barədə apardığı müzakirələrin hesabına saxlanır.
Əslində, neftin qiymətinin bu həftə 40 dollar ətrafına sabit saxlayan amillərdən biri kimi məhz hasilatın azaldalması görünür. Londonun «Energy Aspects» şirkətinin məlumatına görə, dünya üzrə həftə ərzində günlük neft hasilatının plandan kənar azalması 2,7 milyon barrel təşkil edib. Bu isə gün ərzində İranın ixracatının 300 min barrel artmasından xeyli çox olub.