Neft istehsalçıları yekun razılığa gələ bilmir

Altı saatlıq gecikmədən sonra Səudiyyə yeni şərtlərlə gəlib.
Dohada hasilat səviyyəssinin dondurulması ilə bağlı üç saatdan artıq müzakirələr aparmış  neft istehsalçıları hələ ki, bir anlaşmaya gələ bilmiəyiblər.
Ans-in məlumatına görə, əksinə ilkin saziş layihəsindən neftin səviyyəsinin 2016-jı ilin yanvar ayı səviyyəsində saxlanılması barədə nəzərdə tutulmuş bənd çıxarılıb.    
Dohada neft istehsalçısı olan ölkələrin hasilatın səviyyəsini dondurmaqla bağlı danışıqlar başlayıb.
Görüş gec başlayıb. İlkin razılaşmaya görə, görüş Qətər paytaxtı Dohada yerləşən “Sheraton” otelində yerli vaxtla saat 9:00-da başlamalı idi və iki saat davam etməli idi. Amma görüş müəyyən səbəblərdən 6 saat gec başladı.
Görüşün gecikməsinin əsas səbəbi Səudiyyə Ərəbistanının neft hasilatınının dondurulması ilə bağlı bağlanacaq saziş layihəsinin dəyişdirilməsi ilə bağlı tələbi olub. Yeni variantına görə, saziş bütün OPEK üzvlərinin qoşulmasından sonra işlək sayılacaq. Bu, o deməkdir ki, sazişə İran qoşulduqdan sonra o, işə başlayacaq.

Səudiyyənin neft naziri Əli əl-Nəimi Dohada
Sazişin ilkin variantına görə, hasilat oktyabrın 1-ə kimi 2016-cı ilin yanvar səviyyəsində qalmalı idi. Daha sonra tərəflər 2016-cı ilin oktyabr ayında Rusiyada yeni görüş planlaşdırmışdılar. Əgər neft hasilatının səviyyəsini dondurmaq mümkün olsa idi, onda buna nəzarət edəcək xüsusi orqanın yaradılması da planlışdırılırdı.        
Doha görüşü Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Qətərin təşəbbüsü ilə keçirilir. Bundan başqa, Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri kimi iri neft istehsalçıları görüşdə iştirak niyyətlərini təsdiqləyiblər.
Azərbaycanı bu toplantıda emergetika naziri Natiq Əliyev təmsil edir. O, TASS agentliyində müsahibəsində Azərbaycanın neft hasilatının dondurulmasına razı olduğunu bildirib: "Azərbaycan Dohada neft ixrac edən digər dövlətlərlə razılşmanı imzalamaq niyyətindədir. Dohada imzalanacağı planlaşdırılan neft hasil edən ölkələrin razılaşması, hasilat həcmini oktyabradək 2016-cı ilin yanvar ayındakı səviyyədə "dondurulmasını" nəzərdə tutur".

Natiq Əliyev - energetika naziri
Energetika naziri deyib ki, neftin qiyməti razılaşma imzalandıqdan sonra 2016-ci ilin axırına $50-a çatacaq: "Qiymət nə qədər yüksək olsa, o qədər yaxşı. Amma biz hesab edirik ki, bu ilin axırına kimi qiymət $50-a kimi qalxacaq, gələn ildə isə bizimçün münasib səviyyə bir barel üçün $60 olacaq".
Lakin Doha görüşü uğursuz olarsa, bu, neftin qiymətinəi jəddi şəkildə mənfi  təsir edə bilər. "Bank of America Merill Lynch" və "Saxo Bank"ın ekspertləri düşünür ki, danışıqlar uğur gətirməzsə, neftin barrelinin qiyməti indiki 43 dollardan 30-35 dollara qədər düşə bilər.

Загрузка...
Загрузка...