​Neft Fondu ilin əvvəlindən 3,3 milyard dollarını satıb

Dövlət Neft Fondu (SOFAZ) 2016-cı ilin avqustda iyul ayı ilə müqayisədə Mərkəzi Bankın (AMB) təşkil etdiyi valyuta hərraclarında xarici valyuta satışını 12,3% artırıb. İyunda SOFAZ banklara mayda 431,4 milyon dollara qarşı 450 milyon dollar ümumi məbləğdə xarici valyuta satıb
 
Turaninfo.az İnterfax-a istinadən xəbər verir ki, avqustda SOFAZ banklara iyul ayında 450 milyon dollara qarşı 394,5 milyon dollar ümumi məbləğdə xarici valyuta satıb.
 
Avqustda Neft Fondu 9 hərracda iştirak edib, orta günlük satış həcmi 43,83 milyon dollar təşkil edib. Fond iyulda 8 hərracda iştirak edib, orta günlük satış həcmi 56,25 milyon dollar təşkil edib.
 
Avqustda, iyul ayında olduğu kimi, Neft Fondu valyutanı yalnız kommersiya banklarına satıb.
Agentliyin hesablamalarına əsasən, ümumilikdə yanvar-avqust aylarında SOFAZ 3 milyard 281,4 milyon dollar ümumi məbləğdə xarici valyuta satıb.
 
Hazırda SOFAZ valyuta hərraclarında valyuta satışının əsas mənbəsi qismində çıxış edir.