Neft 44 dollardan aşağı düşdü

 
Brent markalını neftin qiyməti son 3 ayda ən aşağı həddə, 44 dollardan aşağı düşüb. Bloomberg-in məlumatına görə, ucuzlaşmaya səbəb İranın neft hasılatını artırması və ABŞ-da buruqlarla bağlı statistik məlumatların açıqlanmasıdır. Axşam saatlarında qara qızılın qiyməti 43,95 dollar olub. Bu da dünənlə müqayisədə 1.79% azdır. Sonuncu dəfə neftin qiyməti 44 dollardan aşağı avqust ayında düşüb.