Necati Şaşmaz FETÖ-yə görə istintaqa çağrıldı - Türkiyə şokda

 
 
 
Türkiyədə "Kurtlar Vadisi" serialı ilə məşhurlaşan Necati Şaşmaz İstanbul ədliyyə sarayında ifadə verib.
 
Polat Alemdar rolunun ifaçısı serialı ərsəyə gətirən "Pana Film"in "Kurtlar Vadisi Darbe" markasının patent hüququnu əldə etmək üçün etdiyi müraciət nəticəsində aparılan araşdırma çərivəsində istintaqa cəlb olunub.
 
Araşdırmanın başlanmasına səbəb iyulun 15-də Türkiyədə Fətullahcı Terror Təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişinə cəhdindən iki ay əvvəl sözügedən marka üçün müraciətin olunmasıdır.
 
Qeyd edək ki, Türkiyə Patent İstitutu marka üçün müraciətin dövlər çevrilişinə cəhddən əvvəl olduğunu nəzərə alaraq mövzu ilə bağlı şübhələndiyini bildirib və prokurorluğa müraciət edib.