Necə bir səhnə idi Allahu Təala o gecə?

Necə bir səhnə idi Allahu Təala o gecə?
Ağladi min min mələk Kərbubəlada o gecə
 
Öncelə gəlmişdi amannamə Əbəlfəz(ə) ağaya
Ki qoşun dəyməyəcək,olsun azadə o gecə
 
Cırıb atdı,dedi lənət sənə namə gətirən
Və amannamə yazan valiyə hətta,o gecə
 
Götürüb məşqi gedir xəymələrə su gətirə
Vəli oxlandi ağam,titrədi səhra o gecə
 
Səslədi qardaş amandı yetiş imdadə Hüseyn(ə)
Bu səsə nalə cəkib ağladi Zəhra(s.ə) o gecə
 
Kəsilən qolları gördükdə Hüseyn(ə) aldı ələ
Öpərək gözlərinə sıxdı Şühəda o gecə
 
Edərək son vidasın meydana üz tutdu Hüseyn(ə)
Boğazından öpdü Zeynəbi Kübra(s.ə) o gecə

Kamil Fərəcov