Nazənin Təranəyə SÖZ AÇDI: "Həyasına hörmət qoyan..." – VİDEO

Baxış sayı: 
213

ARB TV-nin “Səhər-Səhər” proqramının budəfəki qonağı müğənni Nazənin olub.
Publika.az xəbər verir ki, ifaçı artıq Təranə Qumralla yaşadığı qalmaqaldan yorulduğunu bildirib: “Heç vicdanı sızlamadı ki, mən bu qadına, onun qızına qarşı bu hərəkəti etdim. Təranə adi bir mesaj atardı ki, bağışla, şeytan məni yoldan çıxartdı. Hər şeyi, məhkəmə işlərini də dayandırardım. Məhkəməyə də bizi Təranə vermişdi. Uduzub deyə elə danışmalıdır. Nə danışdısa, özünə ziyan oldu. Mənə şər atdı. Danışsam abrım-həyam gedəcək. Simamı itirmək istəmirəm. Özü edir, sonra da efirə çıxıb deyir ki, bu məndən nə istəyir?! Həyasına hörmət qoyan qadın efirdə belə danışmaz. Mən yenə susacam. Özümə yaraşdırmıram”.
Nazənin son zamanlarda Təranənin onu tez-tez yığaraq pul istədiyini bildirib: “Nə mən onun evini tanıyıram, nə də o, mənim evimi tanıyır. Sadəcə axır vaxtlar məni yığıb deyirdi ki, mənim ehtiyacım var, maşınımızı alıblar bankın qabağındadır. Ya mənə pul ver, ya da mənə toy ver".

Загрузка...
Загрузка...