Nazirlərin vitse-prezidentlik qovğası niyə dayandı? - İddia

Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməyəcəyini deməklə sanki “qurbağa gölünə daş atdılar”
 
Turaninfo.az Politika.Az-a istinadən daxil olan məlumata görə, vitse-prezidentlərin təyinatının sonraya qalması hakimiyyət daxilində suları duruldub.
 
İlham Əliyevin “Sputnik”ə müsahibəsinə qədər didişən və bu postlar uğrunda mübarizə aparan nazirlərin qırğını səngiyib.
 
İddialara görə, prezidentin növbədənkənar seçkilərin keçiriləcəyi barədə söz-söhbətləri təkzib etməsi nazirləri sakitləşdirib. Onlar daha bir-birinin əleyhinə qara piar kampaniyası aparmır.
 
Hərçənd, bəzi nazirlər vitse-prezidentlik üçün olmazın üsullara əl atırdılar. Ölkə başçısının müsahibəsi ilə bu məsələ bir müddətlik bağlanıb. Hazırda iqtidar içərisində sükut hökm sürür.
 
Növbədənkənar prezident seçkisinin keçirilməyəcəyi təqdirdə, Azərbaycanda vitse-prezidentlik təsisatının yaradılması növbəti prezident seçkisinə qədər təxirə salına bilər. Konstitusiya dəyişikliklərində keçid müddəaları əksini tapmayıb.
 
Əgər keçid müddəaları olsaydı və orada göstərilsəydi ki, yeniləşmiş konstitusiya səlahiyyətləri indiki konstitusiya ilə seçilmiş prezidentə də şamil edilir, onda vitse-prezident təsisatının yaradılması qaçılmaz olacaqdı.
 
Ancaq indi yeniləşmiş konstitusiyada nəzərdə tutulan vitse-prezidentlik institutunun yaradılması ilə bağlı fərman verə bilməz. Bu səlahiyyət referendumdan sonra seçiləcək prezidentə məxsus olacaq.
 
Politika.Az-a verilən xəbərə görə, vitse-prezidentlik uğrunda çırmanan nazirlərin kompromat savaşı qızışmışdı.
 
Bu posta iddialı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qara piar kampaniyası başlatmışdı. Baş dəmiryolçu özünə yaxın mediada alternativ qüvvələrə qarşı yazılar dərc etdirir.
 
C.Qurbanov əks-təbliğat kampaniyası ilə rəqiblərini öıkə rəhbərliyinin gözündən salmağa cəhd edirdi. Siyasi şərhçilər də qeyd edirlər ki, vitse-prezidentlik Nazirlər Kabinetinin buraxılması ilə nəticələnə bilər.
 
Millət vəkili Qüdrət Həsənquliyev jurnalistlərə müsahibəsində birinci vitse-prezidentliyə ən layiqli namizəd birinci ledi Mehriban Əliyevanı göstərib. Xatırladaq: prezident deyib ki, onun növbəti prezident seçkilərində iştirakı barədə danışmaq hələ tezdir.
 
“Bizim seçkilərin vaxtını dəyişmək niyyətimiz yoxdur. Mən bilirəm Azərbaycanda, onun hüdudlarından kənarda hansı söz-söhbətlər gəzir. Belə plan yoxdur və mən buna zərurət görmürəm.
 
Mənim iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki il sonra olmalıdır, ona görə də hələ hansısa qərar vermək üçün hələ tezdir. Əgər mən bu günkü kimi əhalinin dəstəyini hiss etsəm o zaman əlbətdə ki, bu etimadı doğrultmağa çalışacağam”- İlham Əliyev Dmitri Kiselyovla söhbətində deyib.
 
Politika.Az