Nazirlərin aldığı maaşın məbləği açıqlandı- SİYAHI

Baxış sayı: 
147

 
Rusiyanın Maliyyə Nazirliyi federal dövlət orqanları, o cümlədən nazirlərin orta əmək haqları barədə məlumatları ilk dəfə ictimaiyyətə təqdim edib.
Gununsesi.info Rusiya mətbuatına istinadən məlumat verir ki, 2016-cı ildə ən yüksək məvacibi ölkənin maliyyə naziri Anton Siluanov alıb. Onun maaşı 1,7 milyon rubl (50 min 150 AZN) təşkil edib.
Rusiyanın digər nazirlərinin orta əmək haqları belə olub: İqtisadi inkişaf naziri 1,3 milyon rubl (38 min 350 AZN), energetika naziri 1,2 milyon rubl (35 min 400 AZN), fövqəladə hallar naziri 954 min rubl (28 min 143 AZN), sənaye naziri 921 min rubl (27 min 169 AZN),
Dərc edilmiş siyahıda təkcə müdafiə və daxili işlər nazirlərinin, həmçinin Federal Təhlükəsizlik Xidmətinin rəhbərinin əmək haqqısı göstərilməyib.
Gununsesi.info

Загрузка...
Загрузка...