Nazirlər Kabinetinin Nigeriya yolu: vitse-prezidentlər təyin olunmasa - Gərginlik

 
Yeni ildən vitse-prezidentlərin təyin olunması zərurəti yaranıb; Referendumdan sonra ciddi islahatlar olacağı haqda səslənən bəyanatların reallaşması məhz bu dəyişiklikdən asılıdır...
 
Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, Nazirlər Kabineti islahatların düşməni rolunda iştirak edir. Bu qurumun səmərəsiz fəaliyyətini Prezident Administrasiyası rəsmiləri də dilə gətirib.
 
Təcili şəkildə vitse-prezidentlər açıqlanmalı və ölkənin sosial-iqtisadi həyatında reformalara başlanmalıdır. İctimaiyyətin gözü də prezidentə dikilib.
 
Hakimiyyətin bütün idarəçilik prinsipləri NK-nin fəaliyyətinə ziddir. NK Azərbaycanda əhalinin durumunu ağırlaşdıran qərarlar verməklə diqqət çəkir. Azərbaycanın Nigeriya modelinə yaxınlaşması təhlükəsi var.
 
Belə görünür ki, nazirlərin tükünü tərpətməyən gedişat böhrandan sırf itkisiz çıxmağa hesablanıb. NK islahatlarla bağlı ümidləri puça endirib.
 
Vitse-prezidentlik institutuna böyük inam var. Gözləntilər budur ki, yeni idarəçilik modeli ciddi nəticvələr verəcək. Faktiki ölkəni 90-cı illərə qaytarmaq prosesi gedir.
 
Məcburi köçkünlər, şəhid ailələri, aztəminatlı ailələr, sosial yardım alan insanlar, pensiyaçılar, əlillər, kirayələrdə yaşayan fəhlələr, banklara borcu olan vətəndaşlar indi ac qalmamaq haqda düşünür.
 
Bu təbəqənin ayda neçə dəfə ət yeyəcəyi, işıq və qaz pulunu necə ödəyəcəyi böyük təlaş doğurub. İnsanların bu gündən sabaha inamı qalmayıb.
 
Belə halda xalqın hissləri ilə oynamaq olmaz. Bu qədər insan işsiz, ac-yalavac qalmaqla hakimiyyətdən ciddi narazılıq yaranacaq.
 
Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, prezidentdən tez bir zamanda vitse-prezident təyinatlarının olacağı gözləntisi var. Siyasilər, ictimai xadimlər, partiyalar, ümumilikdə cəmiyyət referendumdan sonrakı Azərbaycanın necə olacağını gözləyir.
 
Prezident İlham Əliyev komandasına yenidən baxmağı və onun daxili siyasətində reputasiyasına kölgə salanlarla vidalaşmağı nəzərdən keçirəcək.
 
Bu köklü kadr islahatlarının davam edəcəyi, bir sıra oliqarxlaşmış nazirlərin başının gedəcəyi xəbər verilir. Ölkə başçısı sübut etdi ki, hakimiyyət komandasında ən çox işləyən və vədlərinə birmənalı şəkildə əməl edən birinci şəxs özüdür.
 
Prezidentin siyasi-iqtisadi, sosial və struktur, o cümlədən kadr islahatları davam etməkdədir. İ.Əliyevin fərmanları, sərəncamları birbaşa dövlətin və xalqın mənafeyinə uyğun qəbul olunur.

Загрузка...
Загрузка...