​Nazirliyin ərazisində küllü miqdarda narkotiklə saxlanıldılar

 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinin ərazisində narkotik tərkibli bitkilər becərən Zaqatala rayon sakinləri həbs edilib.
 
Ölkə.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Zaqatala RPŞ tərəfindən Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinin ərazisindəki meşə zolağında əməliyyat-axtarış tədbirləri keçirilib.
 
Ərazidən 56 kq 455 qram narkotik tərkibli bitkilər yığan Zaqatala rayon sakinləri Şakir Məmməd oğlu Mirzəyev, İlham İsa oğlu Aslanov və Oqtay Xəlil oğlu Lebeyev elə hadisə yerində saxlanılıblar.
 
Həmin sahələrə quraşdırılmış foto-video kameralara baxış keçirən zaman Zaqatala rayon sakinləri Elçin Rüfət oğlu Mikayılovun, Vaqif Əli oğlu Qardaşovun və Rəşad Ziyəddin oğlu Məmmədovun sahələrdən çətənə kollarını yığması müəyyən edilib.