Nazirlik: Müəllimlərin yerdəyişməsi ilə bağlı imtahanda 1621 nəfər iştirak edib

 İyunun 16-17-də mərkəzləşmiş qaydada keçirilən müəllimlərin yerdəyişməsi müsabiqəsində elektron ərizəsi təsdiqlənmiş 2107 nəfərdən 1621 nəfəri (76.93%) imtahanda iştirak edib.
 Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, ingilis dili, coğrafiya müəllimləri imtahanda yüksək nəticə göstərib. Sözügedən müsabiqənin test mərhələsində keçid balını toplaya bilməyən müəllimlərin əksəriyyəti isə texnologiya, musiqi və fiziki tərbiyə müəllimləridir.
 Qeyd olunub ki, hazırda müsabiqədə keçid balı toplayan müəllimlər üçün vakansiya seçimi mərhələsi keçirilir. Növbəti mərhələ müsahibə mərhələsi olacaq.