​Nazirlik azərbaycanlıların əcnəbilərlə nikahını açıqladı, boşanmalarını isə... yox – RƏSMİ RƏQƏMLƏR

 
Bu il Azərbaycanda neçə vətəndaş xarici turistlərlə ailə qurub?
 
Cebhe.info-nun bu barədə sorğusunu Ədliyyə Nazirliyi cavablandırıb.
 
Bildirilib ki, 2017-ci ilin 9 ayı ərzində ölkə vətəndaşları ilə əcnəbilər arasında bağlanan nikahların sayı 1541, 2016-cı ilin 9 ayı ərzində isə 1551 olub. Nazirliyin məlumatına görə, 2017-ci ilin 9 ayı ərzində əcnəbilərlə nikah bağlayanların 804-ü qadın, 737-i kişi, 2016-cı ilin 9 ayı ərzində isə 808-i qadın, 743-ü kişi olub. Bu evliliklər arasında boşanmanın olub-olmaması, daha çox hansı ölkə vətəndaşları ilə nikahın qeydə alınması ilə bağlı isə sorğuda ünvanlanan sual cavabsız qalıb: “Sorğuda qeyd olunmuş məlumatların statistikası aparılmadığından, eləcə də “İnformasiya əldə etmək haqqında” Qanunun 21.2.5-ci maddəsinə əsasən sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb etdiyindən onların cavablandırılması mümkün deyil”.
 
Nigar Məhərrəm
Cebhe.info

Загрузка...
Загрузка...